Senin Eylence Dunyan » Islam » Əhəmiyyət Verilməyən Quran Hökmləri

Əhəmiyyət Verilməyən Quran Hökmləri

  • 85
 (səs sayı: 3)
Bəzi insanlar dinə inandıqları və Quranı demək olar ki, hər gün oxuduqları halda Quranın bəzi ayələrini qula­qardına vurur, onlara etinasız münasibət göstərir­lər. Bəziləri bu səhvə məlu­matsızlıq və ya şüursuzluq ucbatından yol verdiyi hal­da, digərləri həmin hökmlə­rə qurduqları Qurandan kə­nar məntiqlərinin təsiri altın­da bilərəkdən əhəmiyyət vermirlər. Bu zaman onlar Quran hökmlərinə bilərəkdən etinasızlıqla yanaşmağın Allah dərgahında onlara nə qədər böyük məsuliyyət yüklənəcəyini və onları Allah rizasından necə uzaqlaşdıracağını isə əsla fikirləşmirlər. Halbuki Allahın hökmlərinə diqqətlə yanaşma­yan insanların axirətdə əzabla qarşılaşacağı Quran ayələrində xüsusi şəkildə vurğulanır.

Bu düşüncəyə malik olan insanlar özlərinin Qurandan kənar məntiqlərinə əsaslanaraq, Al­lahın hökmləri arasında bir növ əhəmiyyətlilik və birincilik sıralaması qurur, hətta bəzi hökmləri öz həyatlarından tamamilə çıxararaq onları bir kənara atırlar. Belə bir yanlış din anlayışı yüzillər ərzində üst-üstə yığılmış adətlər şəklində nəsildən-nəslə ötürülərək dövrü­müzə qədər gəlib çatmışdır. Din haqqında geniş yayılmış yanlış təsəvvürlərə görə, birinci yerə layiq görülüb, xüsusi əhəmiyyət verilən hökmlər aradan qaldırıldığı zaman insan da­xilən vicdan əzabı keçirə bilər. Buna baxmayaraq, Quranda yer alıb, eyni dərəcədə əhə­miyyət verilməyən əmr və qadağalar aradan qaldırıldığı zaman insan heç bir narahatlıq hissi keçirməz. Quranda fərz (vacib) olduğu açıq şəkildə bildirilən bir çox mövzu «yeri­nə yetirsən savabdır, yetirməsən də heç bir şey olmaz» məntiqi ilə qiymətləndiri­lir. İnsanların qorxub çəkinməli olduğu qadağalar isə «Allah bağışlayar» məntiqi ilə asan­lıqla pozulur.

Halbuki Quranın heç bir ayəsində belə bir meyardan bəhs edilmir. Namaz və oruc ibadət­ləri Allahın qəti əmri olduğu kimi, Quranda göstərilən başqa əmr və qadağalar da eynilə bütün möminlərin tabe olmaları vacib olan qəti hökmlərdir.

Bu məsələni belə bir nümu­nə ilə izah edə bilərik. Ola bil­sin ki, hər hansı bir insan cəmiyyətin əxlaqi yöndəki təzyiqinin təsiri ilə zina və ya oğurluq kimi Quranda qadağan edilən davranışlar­dan çəkinir. Lakin həmin in­san vicdanı rahat halda baş­qaları haqqında dedi-qodu edirsə, möminlərə iftira atır­sa, edə bilməyəcəyi bir şeyi deyirsə, Allahın ayələrini in­kar edən insanlarla dostluq edirsə və ya ehtiyacından artığını ehtiyac içində olanlara vermirsə, Quranda göstərilən vaxtlarda Allahı təsbih (Allahı mədh etmək) edib şükür etmirsə, bu və buna bənzər əmr­lərə tabe olub Quranda bildirilən qadağalardan, davranışlardan uzaq olmağa əhəmiyyət vermirsə, həmin insanın Quranda bəhs edilən İslam dininə və əsl mömin xüsusiyyətləri­nə tam əməl etdiyini demək mümkün deyil. Həmin insan özünün müsəlman olduğunu nə qədər desə də, o, əslində cəmiyyətin müxtəlif adət-ənənələrindən toplanan, bir az da islami motivlərin əlavə edildiyi «ənənələr dini»nə tabedir. Bu cür insanların ən böyük səhvləri isə Quranda göstərilən hökmlərdən bir neçəsini yerinə yetirərək özlərini qənaətbəxş hesab etmələridir. Belə insanlar yanlış düşünə biləcəklərini ehtimal etmədiklə­ri üçün, həqiqi müsəlman olduqlarına həddindən artıq əmindirlər. Əlbəttə ki, Rəbbimizin razılığını qazanmaq məqsədilə edilən hər bir ibadətin Allah dərgahında əvəzi vardır. Lakin qulaqardına vurulub, etinasız yanaşılaraq bir kənara atılan Quran hökmlərinə əməl etməməyin də məsuliyyəti var. Əgər namazını qılan, orucunu tutan bir insan bütün bun­ları səmimiyyətlə yerinə yetirirsə, o, Allahın izni ilə axirətdə bunların mükafatını alacaq. Lakin bilgisizlik və ya cəhalət səbəbindən deyil, Quranın başqa hökmlərinə bilərəkdən əhəmiyyət vermirsə və onları yerinə yetirmirsə, belə halda həmin ibadətlərin də boşa getmək ehtimalı ola bilər. Elə məhz bu səbəbdən də bütün müsəlmanlara Quran ayələri vasitəsilə həmin təhlükələrlə bağlı xəbərdarlıq edilmiş və onları atalarından qalan adətlərlə formalaşan, cahil şərhlərə əsaslanan bu yanlış düşüncədən uzaq olmaq tövsiyə edilmiş­dir.

Lakin Quranda «Onlara: «Allahın göndərdiyinə tabe olun!» – deyildiyi za­man onlar: «Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik», – deyirlər. Bəs ataları bir şey anla­mayıb doğru yolda deyil­dilərsə, necə?» («Bəqə­rə» surəsi, 170) ayəsində də bildirildiyi kimi, bəzi insan­lara bu mövzuda xəbərdar­lıq edilməsinə və onlara doğ­ru olanların göstərilməsinə baxmayaraq, yenə də inadla bu ənənəvi din anlayışına üz tuturlar.

Özünü gündəlik həyat axınının ağuşuna ataraq Quranın yüzlərlə ayəsini tərk edən, İsla­mın yalnız namaz qılmaqdan və oruc tutmaqdan ibarət olduğunu hesab edən insan axi­rətdə «mənim bu ayələrdən xəbərim yoxdur» deyə bilməz. Bu insan bütün həyatı boyu Quranda əmr edilən mövzuları öyrənməməsinə və ya bunları bildiyi halda, onlara etinasız yanaşmasına heç bir səbəb gətirə bilməz. Belə bir insanın vəziyyəti ayədə «Yox­sa, siz kitabın bir hissəsinə inanıb digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şid­dətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən xəbərsiz deyil­dir» («Bəqərə» surəsi, 85) ifadəsində xitab edilən insanların halından bir o qədər də fərqli olmaya bilər.
Печать
 
Qrup:User
Şərhlər: 368
Xəbərlər: 10
1 yeni mesajiniz var



Xebere gore saqol
   
 
 
Qrup:User
Şərhlər: 2
Xəbərlər: 0
sakit297



Alah razi olsun
   
 
 
Qrup:V.I.P
Şərhlər: 755
Xəbərlər: 325
azik25



Allah razi olsun inshallah

girl_ang


----------İmza----------
MEHEMMED PEYGEMBER (s)
BUYURMUSHDU,
ALLAH OZ GENCLIYINI,
ALLAHA ITAETE HESR EDEN CAVANI SEVER.

INNE LILLEHI VE INNE ILEYHI RACUN.
   
 
 
Qrup:Gold User
Şərhlər: 1398
Xəbərlər: 286
OzZy



xebere gore cox sagol fayo


----------İmza----------
ALLAH Orucunuzu Qebul Etsin!
   
 
alert Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Ən Son Hitlər

Online

Sorğu


    Aqil M. Quliyev Forumda qonaq qismində görmək istərdinizmi
    Bəli
    Xeyir


Təqvim

    «    Sentyabr 2010    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30