Senin Eylence Dunyan » Islam » Məscidin Hökmləri, Quran, Salam Vermək

Məscidin Hökmləri, Quran, Salam Vermək

  • 85
 (səs sayı: 3)
Məscidin hökmləri
Məscidin Hökmləri, Quran, Salam Vermək 
Bu işlər məsciddə haramdır: 
• Məscid qızılla zinətləndirilməməli; 
• Əgər məscid xarab olsa da belə, onu satmaq; 
• Məscidin nəcislənməsi. Əgər nəcis olarsa dərhal paklanılmalıdır. 
• Məsciddən torpaq və ya qum aparmaq. Artıq torpağı çıxmaq şərti ilə. Məscidlə bağlı bu işlər müstəhəbdir: 
• Hamıdan tez məscidə getmək və hər kəsdən sonra məsciddən çıxmaq; 
• Məscidin işığını yandırmaq; 
• Məscidi təmizləmək; 
• Məscidə daxil olanda əvvəl sağ ayaqla daxil olmaq; 
• Məsciddən çıxanda əvvəl sol ayaqla çölə çıxmaq; 
• Məsciddə məscidə ehtiram (təhiyyət) niyyəti ilə iki rəkət namaz qılmaq. 
• Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək; Məsciddə aşağıdakı işlər məkruhdur: 
• Minarələri məscidin banından artıq qaldırmaq; 
• Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək; 
• Ağız və burunun suyunu məscidin (həyətinə) atmaq; 
• Məsciddə yatmaq (çarəsizlik halı istisnadır).
 • Məsciddə səsi ucaltmaq (azan üçün səsi ucaltmağın eybi yoxdur.); 
• Məsciddə alış-verişlə məşğul olmaq; 
• Dünya işləri barəsində söhbət etmək; 
• Soğan və ya sarımsaq yedikdən sonra ağzının iyi ilə insanları əziyyət edənin məscidə getməsi. 
 
Quranın hökmləri 
 Məscidin Hökmləri, Quran, Salam Vermək
1-Quran hər zaman gərək pak və təmiz olsun. Quranın xətt və vərəqini murdarlamaq haramdır. Əgər nəcis olarsa onu dərhal paklamaq gərəkdir. 
2-Əgər Quranın üz cildi nəcis olarsa və Qurana hörmətsizlik olarsa onu suya çəkmək lazımdır. 
 
Quranın xətlərinə toxunmaq 
1-Dəstəmazı olmayan kəsə bədəninin bir hissəsini Quranın yazısına toxundurması haramdır. 
2-Bütün bu məqamlarda Quranın yazısına dəstəmazsız toxunmaq haram sayılır: 
* Quranın yazısında ayələrlə kəlmələr, hərflər və hətta hərəkələr arasında bir fərq yoxdur. 
* Quranın üzərinə yazıldığı şey kağız olsun ya torpaq, divar olsun ya parça heç bir fərq yoxdur. 
* Quranın yazısında fərqi yoxdur qələmlə, təbaşirlə yazılmış olsun ya mətbəədə çap olunsun, ya da ki, başqa bir şeylə. 
* Quranın yazısı Quran kitabında olmasa da ona toxunmaq olmaz. Belə ki, əgər Quranın bir ayəsi başqa bir kitablarda olsa da, onun bir kəlməsi bir kağızın üzərində olsa və hətta Quran səhifəsinin ya da üzərində ayə olan başqa kitab səhifəsinin cırılmışına da dəstəmazsız toxunmaq haramdır. 
3-Aşağıdakı hallar Quran yazısına toxunmaq hesab olunmadığından haram deyildir: 
* Ona şüşə ya plastik arxasından toxunmaq; 
* Quran vərəqinə, cildinə və ətrafına toxunmaq; 
* Quranın tərcüməsi hər dildə olursa-olsun, lakin Allah ismi hər dildə olursa olsun dəstəmazsız toxunmaq haramdır. Məsələn: Xuda (farsca), Ğmerti (gürcücə). 
4-Quranla qeyri Quran arasında müştərək olan «Momin», «Əlləzinə» kimi kəlmələri yazan əgər Quran sözləri niyyəti ilə yazsa ona da dəstəmazsız toxunmaq haram olur. 
5-Quran xətlərinə cənabətli olanın toxunması da haramdır. 
6-Cənabətli şəxs Quranın səcdə ayələri olan surələrini də oxumamalıdır. 
7-Cünub şəxsə Qurana bağlı bu işlər məkruhdur: 
* Vacib səcdəsi olmayan surələrin yeddi ayəsindən artıq oxumaq; 
* Bədəninin bir hissəsini Quran xətlərinin arasına, cild və ətrafına vurmaq; 
* Quranı üzərində saxlamaq; 
* Quranı üzərində gəzdirmək, oxumaq, yazmaq və haşiyəsinə toxunmaq üçün dəstəmaz almaq müstəhəbdir. 
 
Salam etmənin hökmləri 
Məscidin Hökmləri, Quran, Salam Vermək 
1-Başqasına salam vermək müstəhəb, salamın cavabını vermək isə vacibdir. 
2-Namaz qılan halda olan kəsə salam vermək məkruhdur. 
3-Namaz qılana salam verilsə onun cavabında salam verən kimi deməlidir: yəni «Salam» ya «Salam əleykə». 
4-Namaz qılan kəs kimsəyə salam verə bilməz. 
5-Salamın cavabını dərhal vermək lazımdır. Təxirə salan günah etmişdir. 
6-Əgər hər iki nəfər eyni zamanda bir-birinə salam versə, gərək onlardan hər biri digərinə salamın cavabını bildirsin. 
7-Kafirə salam vermək məkruhdur. Əgər o bir müsəlmana salam versə, vacib ehtiyata görə cavabında desin: «Əleykə» ya təkcə «salam». 
Salam vermənin adabı 
1-Müstəhəbdir: 
* Minikdə olan piyadaya; 
* Ayaq üstə olan oturana; 
* Az qruppa çox qrupa (kütləyə); 
* Kiçik böyüyə salam versin. 
2-Namazdan qeyri halda müstəhəbdir salamın cavabını ondan yaxşı versin, əgər bir kəs desə: «Salam əleykum» müstəhəbdir cavabında deyilsin: Salam əleykum və rəhmətullah». 
3-Kişinin qadına, xüsusilə də gənc xanıma salam verməsi məkruhdur.


Печать
 
Qrup:User
Şərhlər: 42
Xəbərlər: 1
Aishe95



Essalamu aleykum ve rehmetullah ve berekatuh! Bos otaga girdiyimiz zamanda salam vermek musteheb emeldir.
   
 
 
Qrup:Gold User
Şərhlər: 674
Xəbərlər: 64
Sumeyya



Sitat: By_DaViDoFF
Qurannan zarafat elemey olmaz . . .Ona ciddi davranmag lazimdir @@!

siz Quranla zarafat etmek deyende neyi nezerde tutursuz?
Quran tekce evin en yuksek yerinde saxlanilmag ucun ve onu gebul edirem deyib ama orda yazilanlara emel eden insanlari muzekie etmekde duz degil.coxdur indiki cemiyyetde bele insanlar.ALlahi sevirem,Qurani gebul edirem deyib ama Qurandaki deyilenin tam ziddine yasayir recourse Qurani Allah bize gonderibki biz orda deyilenlere emel edib nicat tapag inseALLAh


----------İmza----------

Allahim!Men qulam, Sen Allahsan.Sen meni menden yaxsi bilensen.Men mende olmayan,Sen sahdamarimdan yaxin olansan.Qul qul kimi isteyer,Sen Allahca verensen. Sensizsem neyim var,Senliysem ne qem?
   
 
 
Qrup:V.I.P
Şərhlər: 755
Xəbərlər: 325
azik25



ALLAH RAZI OLSUN INSHALLAH

AMIN girl_ang


----------İmza----------
MEHEMMED PEYGEMBER (s)
BUYURMUSHDU,
ALLAH OZ GENCLIYINI,
ALLAHA ITAETE HESR EDEN CAVANI SEVER.

INNE LILLEHI VE INNE ILEYHI RACUN.
   
 
 
Qrup:Aktiv User
Şərhlər: 178
Xəbərlər: 17
By_DaViDoFF



Qurannan zarafat elemey olmaz . . .Ona ciddi davranmag lazimdir @@!
   
 
alert Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Ən Son Hitlər

Online

Sorğu


    He
    Yox


Təqvim

    «    Sentyabr 2010    »
    BeÇaÇCaCŞB
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30