0
Şənbə
Apr 05

"Milan" Xosep Qvardiola ilə danışıqlara başlamaq niyyətindədir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Milan" növbəti mövsüm üçün baş məşqçi postuna Xosep Qvardiolanı gətirməyi arzulayır.

Oxu.Az "Corriere Della Sera"ya istinadən xəbər verir ki, Qvardiolanın "Mançester Siti" ilə daha 2 illik müqaviləsi var. Onu "şəhərlilər"dən qoparmayacaq asan olmayacaq.

Ancaq "Milan" onu gətirib, köhnə günlərinə qayıtmaq istəyir.

"Qırmızı-qaralar" 2-ci baş məşqçisi ilə çalışırlar. Mövsümə portuqaliyalı Paulo Fonseka ilə başlayan İtaliya klubu daha sonra onu həmyerlisi Serjiu Konseysau ilə əvəz edib.

Komanda hazırda 47 xalla A Seriyasında 9-cu yeri tutur.

Şərhlər (0)

Şərh yaz