ABŞ-da "Ferrari Testarossa"nın altı təkərli variantı görünüb: qoşquda daşınan yarımçıq superkarın fotosu yayılıb.
King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Motor1" məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın məşhur tüninq atelyelərindən biri artıq məşhur "SEMA" şousu üçün öz ekstravaqant layihəsini hazırlayır.
Qeyd olunur ki, layihə Texasın "Gas Monkey Garage" studiyasına məxsusdur. Treyleri yedəkləyən pikapın şirkətin rəsmi avtomobillərindən biri olduğu müəyyən edilib. Bundan əlavə, "Gas Monkey Garage"in rəhbəri keçən il "İnfinite" (Sonsuzluq) filmində təqib səhnələrinin çəkilişində istifadə olunan "Ferrari Testarossa"nı satın alıb. Onların hissələrinin qeyri-adi superkarın yığılması üçün istifadə edildiyi güman edilir.
Keçən ilin payızında "Gas Monkey Garage" artıq "SEMA"da "Ferrari Testarossa"nın yenidən qurulması layihəsini nümayiş etdirib. Superkarın dam hissəsi sökülərək, spidsterə çevrilib, salona mərkəzdə üçüncü oturacaq əlavə edilib və elektrik enerjisinə keçib.

Oxşar Mövzular
2050-ci ildə dünya əhalisinin yarısı bu xəstəlikdən əziyyət çəkəcək
31-12-2024, 00:16
Trampın müşaviri "Apple" rəhbərini yalan danışmaqda ittiham etdi
26-02-2026, 12:37İsveç sualtı kabelə zərər vurmaqda şübhəli bilinən gəmini həbs edib
27-01-2025, 13:48