1
Cümə
Avq 29

Çinin tozsoran istehsalçısı "Bugatti"yə rəqib hazırlayır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Əsasən robot tozsoranları və digər məişət texnikası ilə tanınan Çinin "Dreame Technology" şirkəti avtomobil bazarına daxil olacağını açıqlayıb.

King.Az auto.ru-ya istinadən xəbər verir ki, şirkətin ilk modeli "Bugatti" avtomobillərinə rəqib ola biləcək lüks elektrik hiperkar olacaq. Bundan əlavə, gələcəkdə o planetin ən sürətli avtomobili adını qazanacaq.

Gələcək məhsulun bort elektronikası süni intellekt sistemi sayəsində istifadəçilərin ehtiyaclarına uyğunlaşacaq. Avtomobillə insanlar arasında ünsiyyət qurmaq mümkün olacaq. Bundan əlavə, hiperkar təkcə qadcetlərlə deyil, həm də ağıllı ev sistemləri ilə inteqrasiya ediləcək.

Yeni məhsulun satışlarına 2027-ci ildə başlanması planlaşdırılır.

Şərhlər (0)

Şərh yaz