"Novitec" tüninq studiyası "Rolls-Royce Phantom" sedanı üçün qeyri-adi bir layihə elan edib.
King.Az auto.ru-ya istinadən xəbər verir ki, dördqapılı premium avtomobil üçün saat formalı eksklüziv təkərlər dəsti yaradılıb.
Təkərlər düsseldorflu (Almaniya) zərgər Klaus Königsalle tərəfindən sifariş edilib.
Təkərlər "Rolex"in ən məşhur xronometrlərindən biri olan "Submariner"ə bənzədilib.
Hər təkərin mərkəzində "Klaus" yazısı və alman dilində şüar var. Güman edilir ki, bu təkərlərə malik "Phantom" zərgər tərəfindən lüks butiki üçün mobil reklam kimi istifadə olunacaq.
Oxşar Mövzular
İngiltərə Premyer Liqası: Azlıqda qalan "Mançester Yunayted" məğlub oldu
27-12-2024, 01:34Tramp Rusiyaya qarşı sərt mövqe tutduğunu açıqlayıb
10-03-2025, 03:24
Dünya okeanının temperaturu rekord həddə çatıb
11-01-2026, 17:28