Qoç
Səhəri vacib işlər və ciddi söhbətlərlə başlamaq məsləhət deyil. Düzgün qərarlar qəbul etmək asan olmayacaq. Gördüyünüz işlərin hamısı nəticə verməsə də, hansı addımları dəyişməyin lazım olduğunu anlayacaqsınız. Ulduzların təsiri tədricən sizin tərəfinizə keçəcək və şərait əlverişli olacaq.
Bir çox Qoç müxtəlif insanlarla asanlıqla ünsiyyət qura biləcək. Günün ikinci yarısı danışıqlar, ciddi mövzuların müzakirəsi və ictimai çıxışlar üçün uğurlu olacaq. İşini dəyişənlər özlərinə tezliklə yaxşı reputasiya qazana biləcəklər.
Buğa
Normal iş ritminə qayıtmaq üçün bir qədər səy göstərməli olacaqsınız. Evdəki işlər gündəlik planlarınıza qarışa bilər. Əhəmiyyətsiz söhbətlər sizi əsas işlərdən yayındıra bilər. Xırda narazılıqlar mümkündür. Xırdalıqlara diqqət yetirin, bu gün bu xüsusilə vacibdir.
Günün ikinci yarısında yaradıcılıq enerjinizin artdığını hiss edəcəksiniz. Bir çox məsələlərə qeyri-adi yanaşma tapmaq mümkün olacaq. Amma tələsməyin və düşünmədən qərar qəbul etməyin ki, səhv etməyəsiniz. Bəzi Buğalarda işgüzar münasibətlər romantikaya çevrilə bilər.
Əkizlər
Uğur bütün başlanğıclarınızda sizinlə olacaq. Odur ki, vaxtı boşuna itirməyin və hər fürsətdən istifadə edin. Qarşınıza çoxlu əlverişli imkanlar çıxacaq. Sizin cazibəniz hamının gözünə çarpacaq və onların rəğbətini qazanmağa kömək edəcək. Güclü himayədarların dəstəyi ilə məqsədlərinizə doğru irəliləyə biləcəksiniz.
Axşama yaxın bir çox Əkizlər ailə işlərinə vaxt ayırmalı olacaqlar. Gözlənilməz xərclər mümkündür. Emosional alış-verişdən çəkinin, yalnız həqiqətən lazım olan şeyləri alın.
Xərçəng
Ətrafdakılarla tez razılığa gəlmək həmişə alınmayacaq. Siz həssas və incik olacaqsınız. Bir çox Xərçənglər xırda anlaşılmazlıqlara həddindən artıq önəm verəcək. İş yoldaşları və yaxınlarla mübahisələr mümkündür, amma diplomatiya və səbir göstərsəniz, problemlərin qarşısını almaq olar. Özünüzü yükləməyin, yalnız təxirə salmaq mümkün olmayan işlərlə məşğul olun.
Zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək. Günün birinci yarısında kiminləsə mübahisə etmisinizsə, tezliklə münasibətləri bərpa edə biləcəksiniz.
Şir
İnandırmaq qabiliyyətiniz ən yüksək səviyyədə olacaq. İnsanlarla asanlıqla razılığa gələcəksiniz. Digərlərinin maraqlarını nəzərə ala biləcəksiniz. Bağlanan müqavilələr uğurlu olacaq. Bəzi Şirlər gəlirlərinin artdığını görəcəklər. Etibarlı tərəfdaşlar qazanmaq və nüfuzunuzu möhkəmləndirmək ehtimalı yüksəkdir.
Bu gün alış-veriş üçün əlverişlidir. Hətta bahalı şeylər də sərfəli olacaq və sizə sevinc gətirəcək. İctimai tədbirlərdə iştirak nüfuzunuza müsbət təsir göstərəcək, maraqlı insanlarla tanış ola biləcəksiniz.
Qız
Səhər hər şey planlaşdırdığınız kimi getməyə bilər. İş yoldaşlarınızla xırda münaqişələr ola bilər. Tələskən sözlər və düşünülməmiş addımlar münasibətləri poza bilər. Özünüzü idarə edin və rəhbərliyin gözünə çox dəyməməyə çalışın. Ən yaxşısı yalnız sizdən asılı olan işlərə diqqət ayırmaqdır.
Bir qədər sonra müsbət təsirlər üstünlük təşkil edəcək. Bir çox Qızlar vacib məsələləri həll edə biləcəklər. Çətin anlarda intuisiya düzgün addım atmağa kömək edəcək.
Tərəzi
Gün enerjili və özünüzə inamlı başlayacaq. Düzgün qərarlar tez qəbul olunacaq. Gördüyünüz hər bir iş nəticə verəcək. Yaradıcılıq yanaşması adi işlərə fərqli baxmağa imkan verəcək. Müqavilələr bağlamaq, mövcud əlaqələri möhkəmləndirmək üçün münasib zamandır.
Günün ikinci yarısı yaxınlarla səmimi söhbətlər üçün əlverişlidir. Hətta fikir ayrılıqları olan mövzularda belə anlaşa biləcəksiniz. Planlarınızı ailə üzvləri ilə müzakirə etmək faydalı olacaq.
Əqrəb
İnsanlarla qarşılıqlı faydalı razılaşmalara gəlmək asan olacaq. Demək olar ki, hər kəsin rəğbətini qazana biləcəksiniz. Bu gün danışıqlar, yeni əlaqələr qurmaq və xarici tərəfdaşlarla işləmək üçün əlverişlidir. Güclü müttəfiqlərin dəstəyi sizə yaxın zamanda çox lazım olacaq.
Axşam istirahət etmək və qayğılardan uzaqlaşmaq istəyi yaranacaq. Amma verdiyiniz vədləri unutmayın, əks halda yaxınlarla fikir ayrılığı ola bilər.
Oxatan
Yeni bacarıqlar öyrənmək üçün əla gündür. Qarşıdakı işlərdə çox faydalı olacaq. Bir çox çətin məsələləri həll etməyi bacaracaqsınız. Bəzi hallarda intuisiya məntiqdən daha faydalı olacaq. Geniş ünsiyyət sizi uğura aparacaq. İşgüzar səfərlər və ezamiyyətlər yaxşı nəticə verəcək. Bəzi söhbətləri qeyri-rəsmi mühitə keçirmək daha məqsədəuyğun olacaq.
Bir çox Oxatan uzun zamandır gözlədikləri xoş xəbəri alacaqlar. Yaxınlarla ünsiyyətdə ehtiyatlı olun, düşünülməmiş sözlər inciklik yarada bilər.
Oğlaq
Çətin və uzun müddət həll olunmayan məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Yeni faydalı tanışlıqlar mümkündür. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcəklər. İş və ya təhsil ilə bağlı alış-veriş üçün əlverişli gündür. Bir çox Oğlaqlar rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək maraqlı ideyalar irəli sürəcəklər.
Gözlənilməz, amma əhəmiyyətli maliyyə gəlirləri mümkündür. İnsanlarla ünsiyyət qurmaq asan olacaq. Yeni münasibətlərə açıq olanlar işgüzar əlaqələri romantikaya çevirə biləcəklər.
Dolça
Sizin həvəsiniz ətrafdakılara da təsir edəcək. Çətinliklərin öhdəsindən gələ biləcəksiniz. Xırda uğursuzluqlar sizi çaşdırmayacaq. Gələcək uğurlar üçün möhkəm təməl qura biləcəksiniz. Müqavilələr uğurla bağlanacaq. Cazibəniz sayəsində məqsədlərinizə daha tez və asan nail ola biləcəksiniz.
Günün ikinci yarısı diqqəti yayındıran amillər çox olacaq. Boş söhbətlər işlərinizə mane ola bilər. Axşam alış-veriş və mühüm qərarlar üçün münasib deyil.
Balıqlar
Günün birinci yarısında mühüm işləri planlaşdırmayın. İş yoldaşları ilə razılığa gəlmək çətin olacaq. Cavabdeh qərarlar qəbul etmək üçün uyğun vaxt deyil. Rutindən kənara çıxmadan sənədləri qaydaya salmaq və səhvləri aradan qaldırmaq olar. Bütün məlumatı diqqətlə yoxlayın, sizi aldatmaq cəhdləri ola bilər.
Əhvalınız yavaş-yavaş yaxşılaşacaq. Uzaq vaxtdan bəri təxirə saldığınız işləri həll edə biləcəksiniz. Yaxınlarla ünsiyyət isə sizə sevinc gətirəcək.
Oxşar Mövzular
