0
Bazar ertəsi
Dek 08

Gündəlik Bürclər-(08.12.2025)

Beyaz_Gul

Qoç

Günün əvvəlində işlərə tam diqqət yetirmək çətin olacaq. Əvəzində bu vaxt sizi xoş xəbərlər və səmimi söhbətlər gözləyir. Bəzi Qoçların uzun müddətdir darıxdıqları insanlarla görüşmək imkanı olacaq. Səfərlər də uğurlu keçəcək, xüsusilə də yola həmkarlar və ya dostlarla çıxanda. Bir çox nümayəndələr üçün mühitin dəyişməsi ilham verici olacaq və yeni işlər üçün lazım olan enerji bəxş edəcək.

Günün ikinci yarısı daha məhsuldar keçəcək. Bu saatlarda yalnız yaxınlarla kiçik anlaşılmazlıqlar sizi məyus edə bilər. Lakin əsas səbəb sadəcə anlaşmamazlıq olacaq. Hər şeyi aydınlaşdıran kimi sakitlik və harmoniya bərpa olunacaq.

Buğa

Gün sizi sürprizlərlə qarşılaşdıra bilər. Bir çox Buğalar planlarını dəyişməli, hansı işə dərhal başlamağın, hansını isə təxirə salmağın lazım olduğunu müəyyən etməli olacaqlar. Uzun müddətdir gözlədiyiniz görüşlərin təxirə düşməsi də mümkündür. Lakin narahat olmayın — çox güman ki, bu, sizin xeyrinizə olacaq. Bu, maliyyə məsələlərinə də aiddir: bu gün planlaşdırılmış qərarların gecikməsi faydalı nəticə verə bilər.

Xoş görüşlər mümkündür, maraqlı və qeyri-adi insanlarla tanış olmaq şansı yaranacaq. Həmçinin, tezliklə həyatınızda mühüm yer tutacaq münasibətlərin başlanğıcı istisna deyil. Axşam ailəniz üçün də əhəmiyyətli olacaq sevindirici xəbərlər ala bilərsiniz.

Əkizlər

Günə praktiki işlərlə başlasanız, çox faydalı nəticələr əldə edəcəksiniz. Səhər risk etməmək, təcrübəsiz qərarlardan çəkinmək və hər şeyi əvvəlcədən düşünülmüş plana uyğun etmək daha yaxşıdır. Hərəkət ardıcıllığını qoruyan Əkizlər çətinliklərdən qorxmayacaq və kiçik anlaşılmazlıqlara görə narahat olmayacaqlar.

Bu gün artıq lazım olmayan əşyalardan qurtulmaq, evdə səliqə-sahman yaratmaq və xırda təmir işləri ilə məşğul olmaq üçün münasibdir. Əgər nəsə almaq istəyirsinizsə, diqqəti məişət texnikası, mebel və interyer əşyalarına yönəltmək məsələhətdir.

Xərçəng

Gün çox gərgin və zəngin olacaq. Çətin işlərlə məşğul olmaq lazım gələcək, lakin siz bunlara böyük həvəslə başlayacaq və tezliklə ilk uğurları görəcəksiniz. Ciddiyyətiniz və məsuliyyətli yanaşmanız sayəsində başqalarının çətinliklə öhdəsindən gələcəyi vəziyyətləri asanlıqla həll etməyi bacaracaqsınız. Bu gün sizə vaxtilə yaxşılıq etmiş insanlara minnətdarlığınızı qaytarmaq, çətin vəziyyətdə olanlara dəstək olmaq imkanı yaranacaq.

Günün ikinci yarısı daha rahat keçəcək, amma darıxmağa vaxt olmayacaq. Yəqin ki, sizi maraqlı bir tədbirə dəvət edəcəklər və imtina etməyə ehtiyac olmayacaq.

Şir

Günün əvvəlində səhvlərdən qaçmaq çox vacibdir. Ehtiyatla hərəkət edin, qərarlarda tələsməyin, tanımadığınız insanlara çox açıq olmayın. Bu gün hətta kiçik səhvlər də diqqət cəlb edəcək və uzun müddət yadda qalacaq. Rəhbər mövqedə olan Şirlər üçün reputasiyanın qorunması xüsusilə önəmlidir. Digər Şirlər də qeybətə səbəb ola biləcək davranışlardan uzaq durmalıdır.

Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq və günün ikinci yarısı sizə çox xoş keçəcək. Xüsusilə də ailesi və yaxınları ilə məşğul olan Şirlər bu vaxtdan məmnun qalacaqlar.

Qız

Günün əvvəlində xırda detala həddindən artıq fikir versəniz, əslində vacib olanı nəzərdən qaçıra bilərsiniz. Qarşıdan çıxan xırda işlərə dalmazdan əvvəl öz əsas məqsədlərinizi, sizi irəli aparan planları xatırlayın. Bu yanaşma prioritetləri düzgün müəyyən etməyə, lazımsız narahatlıqlardan qurtulmağa və enerjinizi qorumağa kömək edəcək.

Günün ikinci yarısında böyük şirkətlərdə işləyən və ya dövlət qurumları ilə əməkdaşlıq edən Qızlar inadkarlıq göstərməli olacaqlar. Öz mövqelərini qorumaq çətin olacaq, lakin bu, mümkündür — əsas odur ki, tənqidə həssas yanaşmayasınız.

Tərəzi

Bu gün peşəkar tədbirlərə qatılan və ya yeni tərəfdaşlarla danışıqlara başlayan Tərəziləri faydalı tanışlıqlar gözləyir. İlk təəssüratı mükəmməl olacaq və sizə sərfəli əməkdaşlıq təklif olunması təəccübləndirməməlidir. Həmçinin işgüzar münasibətlərlə yanaşı, yaxşı dostluqların da başlanması mümkündür.

Maliyyə məsələlərində uğurlar mümkündür: həm pul gəliri, həm də sərfəli kiçik alışlar sizi sevindirə bilər. Bu gün uzunmüddətli yatırımlar və böyük alımlarla bağlı vacib qərarlar vermək də uyğundur.

Əqrəb

İş üçün əla gündür — vaxtında təşəbbüs göstərsəniz, ciddi irəliləyiş əldə edə bilərsiniz. Vacib məsələlərdən başlayın, problemləri həll etmək üçün yeni üsullar sınaqdan keçirməkdən çəkinməyin. Sizin iş tərzinizi bəyənəcək insanlar yanınızda olacaq və onlar yaxın günlərdə ən etibarlı müttəfiqlərinizə çevriləcəklər.

Siz başqalarının problemlərinə biganə qalmayacaq və çətinliklə üzləşənlərə kömək etmək istəyəcəksiniz. Xeyirxah davranışlarınız diqqətdən kənarda qalmayacaq. Sizi əvvəl yanlış tanıyan insanlar nə qədər haqsız olduqlarını anlayacaq və sizinlə dostluq etmək istəyəcəklər.

Oxatan

Bu gün maliyyə məsələlərini həll etmək üçün əlverişlidir. Pul mövzularında intuisiya və sağlam düşüncə sizi yanıltmayacaq; ətrafdakılardan gələn məsləhətlər isə o qədər də faydalı olmayacaq. Əvəzində iş barədə verilən məsləhətlərə diqqət yetirmək lazımdır — onlar sizi mühüm məqsədlərə daha tez çatdıra bilər.

Gün ünsiyyət üçün də münasibdir. Köhnə tanışlar sizi görməyə sevinəcək, yenilər isə sizə tez simpatiya duyacaqlar. Romantik maraqlar mümkündür və bu gündən başlayan münasibətlər tezliklə ciddi mərhələyə keçə bilər.

Oğlaq

Bu gün siz çox iş görə biləcəksiniz, sadəcə başqalarının dəstəyini gözləməyin. Yeni ideyanız varsa, dərhal həyata keçirməyə başlayın — hazırda bunu dəyərləndirən az olsa da, sonradan hamı bunun doğru addım olduğunu qəbul edəcək. Hətta nələrsə istədiyiniz kimi alınmasa belə, sizi tənqid edən olmayacaq.

Sizin üçün diqqət və dəqiqlik tələb edən işlər xüsusilə yaxşı alınacaq. Xırda şeylər belə gözünüzdən yayınmayacaq və çətin işləri belə qüsursuz yerinə yetirəcəksiniz. Bundan sonra aktiv istirahət üçün də enerjiniz qalacaq.

Dolça

Gün sakit keçəcək və bu əsasən sizin sayənizdə olacaq. Ətrafınızdakı insanlar arasında münaqişələr yaransa belə, siz vəziyyəti yumşalda və insanları barışdıra biləcəksiniz. Lakin bütün bu diplomatik fəaliyyətlər öz işlərinizə kifayət qədər vaxt ayırmağınıza mane ola bilər. Vaxt və gücünüzü elə bölüşdürün ki, şəxsi tapşırıqlarınız da vaxtında həll olunsun.

Bu gün yeni işlərə başlaya və ya təhsilinizə istiqamət verə bilərsiniz. Belə fəaliyyətlər həm dünyagörüşünüzü genişləndirəcək, həm də maraqlı insanlarla tanış olmağınıza şərait yaradacaq.

Balıqlar

Gün yaxşı keçəcək, əgər özünüzə maraqlı məşğuliyyət tapıb diqqətinizi ondan yayındırmasanız. Sizə aid olmayan mübahisələrdən uzaq durun, dedi-qodu sevən insanlardan kənar olun. Bu gün belə ünsiyyət reputasiyanıza ciddi zərər verə bilər.

Yaxınlarla ünsiyyət xoş olacaq. Onların köməyi ilə evinizi daha rahat və səliqəli edə, lazımsız əşyalardan qurtula bilərsiniz. Bu proseslə birlikdə həm qaranlıq düşüncələr, həm də pis xatirələr geridə qalacaq.

Şərhlər (0)

Şərh yaz