0
Şənbə
Yan 11

ABŞ-də növbəti şəxsə "Neuralink" beyin çipi yerləşdirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-də artıq üçüncü şəxsə "Neuralink" şirkətinin çipi olan cihaz implantasiya edilib.

King.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-li multimilyarder, "Neuralink" neyrotexnologiya şirkətinin qurucusu İlon Mask deyib.

"Artıq "Neuralink" implantı daşıyan üç nəfər var, cihaz hər bir şəxsdə yaxşı işləyir", - deyə İlon Mask vurğulayıb.

İ.Mask əlavə edib ki, bu il daha 20-30 şəxsə "Neuralink"in çipini quraşdırmaq planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, "Neuralink" startapı 2016-cı ilin iyulunda İlon Mask tərəfindən yaradılıb və layihə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə yardımçı olacaq.
Şərhlər (0)

Şərh yaz