0
Bazar ertəsi
Yan 13

Ən arzuolunan müdirlər: Toni Stark, Şerlok Holms və Betmen

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Rusiyalı işçilər Şerlok Holms, Betmen və "Dəmir adam" Toni Stark kimi kino qəhrəmanlarını öz müdirləri kimi görmək istəyirlər.

King.Az xəbər verir ki, bu, "Superjob" iş axtarışı xidməti tərəfindən aparılan sorğu nəticəsində bəlli olub.

Qeyd edilir ki, Toni Stark ən populyar seçim olub və respondentlərin 6%-i ona səs verib. Onun ardınca hər biri 5% səslə Betmen və Şerlok Holms gəlir.

Siyahıda hər biri 4% olmaqla "Baharın on yeddi anı" filmindən Ştirlits və Terminator da yer alıb.
Şərhlər (0)

Şərh yaz