0
Bazar ertəsi
Yan 13

Çin hökuməti borcların ödənilməsinin yeni qeyri-adi üsulunu tapdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İqtisadi qeyri-sabitlik və daşınmaz əmlaka tələbatın azalması şəraitində Çində yerli özünüidarəetmə orqanları borcların ödənilməsi üçün qeyri-adi üsuldan - satılmayan mənzillərdən istifadə etməyə başlayıblar.

King.Az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" (WSJ) xəbər yayıb.

Nəşr Çinin Sincan-Uyğur Muxtar Rayonunda qaz təchizatçısını nümunə göstərib. Burada şirkət Çanci şəhərinin dövlət müəssisələrindən 25 milyon dollar məbləğində borcun ödənilməsi üçün 260 tamamlanmamış mənzil qəbul edib. Mənzillər şəhərin yaşayış komplekslərinin birində yerləşir.

Çin Milli Maliyyə və İnkişaf İnstitutunun baş elmi işçisi Brus Panqın sözlərinə görə, borcların ödənilməsinin belə forması "heç olmamaqdan daha yaxşıdır".
Şərhlər (0)

Şərh yaz