0
Çərşənbə
Yan 29

Xameneinin ailə üzvü: "İran ABŞ-ni təhrik etmək istəmir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İran ABŞ-yə qarşı təxribat xarakterli hərəkətləri minimuma endirməyə çalışır.

King.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti İranın ali dini lideri Əli Xameneinin qohumuna istinadən yazıb.

"İran, nəticədə, heç bir razılaşma əldə olunmasa belə, Vaşinqtonu təhrik edə biləcək hərəkətləri minimuma endirməyə çalışır", - məlumatda bildirilir.

Xameneinin qohumunun sözlərinə görə, Yaxın Şərqdəki münaqişələr İran liderlərini ölkənin regiondakı gücü ilə bağlı təsəvvürlərini yenidən nəzərdən keçirməyə məcbur edib.
Şərhlər (0)

Şərh yaz