0
Çərşənbə
Fev 05

Paşinyan: "İrəvan Aİ missiyasını sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Ermənistan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır".

King.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın müzakirələri zamanı deyib.

"Azərbaycan deyir ki, üçüncü dövlətin qoşunları Ermənistan-Azərbaycan sərhədinə olmasın və açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vurur. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiya olunmuş hissələrinə onları yerləşdirməməyi təklif edirik", - deyə Paşinyan qeyd edib.
Şərhlər (0)

Şərh yaz