0
Cümə axşamı
Fev 06

ABŞ-dan sonra Argentina da ÜST-dən çıxır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Argentina Prezidenti Xavyer Miley ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.

King.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Manuel Adorni bildirib.

"Bildirmək istərdim ki, Prezident Xavyer Miley Argentinanın ÜST-dən çıxması ilə bağlı xarici işlər naziri Xerardo Verteynə göstəriş verib", - Adorni mətbuat konfransında deyib.

O, bu addıma səbəblər arasında ilk növbədə COVID-19 pandemiyası zamanı sanitar siyasətlər ilə bağlı dərin fikir ayrılıqlarını qeyd edib.
Şərhlər (0)

Şərh yaz