0
Bazar
Fev 09

Tramp Putinlə telefonla danışdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

King.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "New York Post"a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, onlar Ukraynadakı münaqişənin bitməsini, insanların ölməsinin dayandırılmasını müzakirə ediblər.

Ağ Ev rəhbəri həmçinin Baydendən fərqli olaraq Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib.

Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.


Şərhlər (0)

Şərh yaz