0
Şənbə
Fev 15

Vens: "Avropa özünün yaratdığı böhranla üz-üzədir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Avropa özünün yaratdığı böhranla üz-üzədir, o, öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ üçün faydasızdır".

King.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"Avropa bir çox problemlə üz-üzədir, amma o, indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, ABŞ-nin sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və Prezident Trampı seçən ABŞ xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var", - o vurğulayıb.

Vens əlavə edib ki, bunun üçün Avropa hökumətlərinə öz vətəndaşlarına qarşı daha həssas olmalıdır.
Şərhlər (0)

Şərh yaz