0
Çərşənbə
Fev 19

Kanada Rusiyanın G7-yə qayıtmasına qarşıdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Kanada hökuməti Rusiyanın Böyük Yeddilik (G7) qrupuna qayıtmasına qarşı çıxır.

King.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu hazırda Brüsseldə səfərdə olan Kanada xarici işlər naziri Melani Coli onlayn brifinq zamanı bildirib.


O, bu mövzunu avropalı həmkarı ilə müzakirə etdiyini də qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trump Rusiyanın 2014-cü ildə Krımın ilhaqından sonra G8-dən xaric edilməsini səhv adlandırıb. O, Moskvanın birliyə qayıtmasından məmnun olacağını da əlavə edib.

Rusiya 1997-ci ildən "səkkizliy"in (1976-cı ildən Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya ilə G7 formatında mövcud olub) üzvü olub.
Şərhlər (0)

Şərh yaz