0
Cümə
Fev 21

Marko Rubio: "Trampın dövründə İranın nüvə silahı olmayacaq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu müddət ərzində İranın nüvə silahı olmayacaq".

King.Az TASS-a istinadla xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricə müsahibəsində deyib.

"Düşünmürəm ki, burada kiminsə şübhəsi olmalıdır. Donald Trampın dövründə İranın nüvə silahı olmayacaq", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 7-də İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei bəyan etmişdi ki, ABŞ ilə danışıqlar aparmaq olmaz, çünki onlar İranı bir dəfə aldadıblar.
Şərhlər (0)

Şərh yaz