0
Bazar ertəsi
Mar 10

İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirilib.

King.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, İranın Suran şəhərində ETTELAAT (Təhlükəsizlik Kəşfiyyat) İdarəsinin rəis müavini naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Qeyd olunur ki, qətlə görə məsuliyyəti İran hökumətinə müxalif olan "Ceyşül-Ədl" silahlı qruplaşması üzərinə götürüb.

Hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, son dövrlərdə İranın Sistan-Bəlucistan vilayətində hökumət rəsmilərinə qarşı hücumların sayı artıb.
Şərhlər (0)

Şərh yaz