0
Çərşənbə
Mar 19

Tramp Üçüncü Dünya müharibəsinin başlamasını istəmir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin davam etməsinin dünya müharibəsi təhlükəsi yaradacağını hesab edir.

King.Az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz münaqişəni bitirmək istəyirik. Bu işdə amerikalıların əli yoxdur, lakin bu, Üçüncü Dünya müharibəsinin başlamasına gətirib çıxarsa, biz də orada ola bilərik. Bu, sadəcə gülüncdür", - deyə o qeyd edib.

ABŞ prezidenti Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığında Qərbdən Ukraynaya hərbi yardım məsələsini müzakirə etmədiyini bildirib.

Xatırladaq ki, martın 18-də Rusiya prezidenti və ABŞ lideri telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınmasının şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.
Şərhlər (0)

Şərh yaz