"Berlin ABŞ ilə münasibətlərdə "yeni qeyri-müəyyənliklə" üzləşir, buna görə də Ukrayna münaqişəsi kontekstində daha çox məsuliyyət və hərbi liderliyi üzərinə götürməlidir".
King.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
"Transatlantik münasibətlərimizdə yeni bir qeyri-müəyyənlik yaranıb. Birləşmiş Ştatlar NATO-ya sadiqliyini qoruyur, lakin haqlı olaraq Avropanın Alyansa daha güclü töhfəsini tələb edir", - deyə Pistorius qeyd edib.
Nazir əmin edib ki, Almaniya Avropa tərəfdaşları və NATO müttəfiqləri ilə birlikdə lazım olan hər şeyi edəcək. Eyni zamanda, o qeyd edib ki, qitə gələcəkdə daha çox liderlik təmin etməli olacaq.
Oxşar Mövzular
İlin ilk "El-Klasiko"su: "Real Madrid" - "Barselona" ilə qarşılaşacaq
12-01-2025, 19:55