"Vaşinqton və Tehran arasında danışıqlar yaxşı irəliləyir".
King.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib: "Danışıqlar yaxşı gedir. Amma nə qədər ki, hədəfə çatılmayıb, bu, heç nə ifadə etmir. Buna görə də bu mövzuda danışmaq xoşuma gəlmir".
Xatırladaq ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton nümayəndələri arasında İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı danışıqlar baş tutub.
Oxşar Mövzular
ABŞ Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketi ayırıb
17-10-2024, 11:59
Şamama Əmirova və Aysel Səfixanovaya VƏZİFƏ VERİLDİ
13-03-2026, 11:05