ABŞ-də "Nissan" avtomobillərinin sahibləri məhkəmədə nəqliyyat vasitəsinin istehsalçısına qarşı kollektiv iddia qaldırıblar.
King.Az "Carscoops"a istinadla xəbər verir ki, buna səbəb kimi avtomobillərin qapı kilidlərində yaranmış qüsurlar göstərilir.
İddia 2013-2025-ci illərin "Altima", 2014-2025-ci illərin "Rogue" və 2013-2025-ci illərin "Sentra" modellərinə aiddir.
Avtomobil sahibləri şikayətlənirlər ki, sözügedən qüsur maşın hərəkətdə olarkən gözlənilmədən qapının açılmasına və ya qapının ümumiyyətlə açılmasının mümkünsüzlüyünə gətirib çıxarır.
Oxşar Mövzular

Pakistan və Əfqanıstan arasında mühüm razılaşma əldə olundu
8-04-2026, 16:53