0
Cümə
May 02

Zelenski ABŞ ilə imzalanmış sazişin detallarını açıqlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"ABŞ ilə investisiya fondunun yaradılmasına dair saziş bərabərhüquqludur və Ukraynaya əhəmiyyətli investisiyalar üçün imkan yaradır".

King.Az "İnterfaks-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Saziş mövcuddur, imzalanıb, ratifikasiya üçün Ukrayna Ali Radasına göndəriləcək və biz sazişlə bağlı heç bir yubatmaların olmamasında maraqlıyıq", - deyə o bildirib.

Zelenski hazırlıq prosesində razılaşmanın xeyli dəyişdiyini qeyd edib:

"Saziş Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi və hüquqi təcrübənin müasirləşdirilməsi üçün imkan yaradır. Razılaşmada heç bir borc yoxdur, Ukraynaya sərmayə qoyacaq Bərpa Fondu yaradılır".

Şərhlər (0)

Şərh yaz