1
Şənbə
Noy 02

"Feyenoord" 45 illik göstəricisini təkrarlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Rotterdam təmsilçisi "Feyenoord" 45 illik göstəricisini "Utrext"lə qarşılaşmada təkrarlayıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən komanda səfərdə rəqibini 2:0 hesabı ilə üstələyib.

Bu isə "Feyenoord"un ardıcıl 20-ci məğlubiyyətsiz səfər oyunu olub. Rotterdamlılar sonuncu dəfə belə seriyaya 1978/79 mövsümündə nail olublar.

Qeyd edək ki, "Feyenoord" hazırda 19 xalla Niderland Eredivizisinin turnir cədvəlində dördüncü yerdədir.
Şərhlər (0)

Şərh yaz