0
Cümə axşamı
Noy 14

Albaniya klubu ilə yollarını ayıran Amil Yunanov Azərbaycan klubuna keçəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Son olaraq Albaniyanın "Bilis" klubunda çıxış etmiş Amil Yunanov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, 31 yaşlı mərkəz hücumçusu yenidən "Səbail"in uğurları üçün çalışacaq.

Superliqa təmsilçisi ilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulan müqaviləsini vaxtından əvvəl pozan Yunanov "dənizçilər"lə anlaşacaq.

Bildirək ki, təcrübəli forvard bu ilin sentyabrında Albaniya klubuna keçmişdi.
Şərhlər (0)

Şərh yaz