0
Bazar ertəsi
Noy 18

UEFA Millətlər Liqası: Fransa İtaliya üzərində inamlı qələbə qazandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
UEFA Millətlər Liqasında 6-cı turunun oyunları davam edir.

King.Az xəbər verir ki, A liqasında günün mərkəzi matçında İtaliya millisi Fransanı qəbul edib.

Görüşdə qonaqlar qalib gəlib - 1:3.

Üçüncü dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo hesabı açıb. Daha sonra 33-cü dəqiqədə İtaliyanın qapıçısı Vikario topu öz qapısına göndərib. İki dəqiqə sonra meydan sahiblərinin müdafiəçisi Andrea Kambyazo fərqlənib. 65-ci dəqiqədə Rabyo dubla imza atıb.

Bu turdan sonra hər iki komanda 13 xal toplasa da, Fransa qrupu birinci, İtaliya ikinci pillədə tamamlayıb.

Günün digər qarşılaşmalarında Yunanıstan Finlandiyanı 2:0, Norveç Qazaxıstanı 5:0 məğlub edib, Avstriya və Sloveniya yığmaları 1:1 hesabı ilə heç-heçə oynayıblar.
Şərhlər (0)

Şərh yaz