0
Bazar ertəsi
Dek 09

Levandovski Messinin La Liqadakı uğurunu təkrarladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Barselona"nın polşalı hücumçusu Robert Levandovski İspaniya çempionatında keçirdiyi ilk 16 matçda 16 qol vurub.

King.Az xəbər verir ki, "Opta Sports"un məlumatına görə, İspaniya çempionatında bu nailiyyətə imza atan sonuncu oyunçu 2018/2019 mövsümündə "Barselona"da çıxış edən Lionel Messi olub.

Xatırladaq ki, Messi 2021-ci ildə "Barselona"dan ayrılıb. Levandovski 2022-ci ildən Kataloniya klubunda çıxış edir. Polşalı hücumçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Şərhlər (0)

Şərh yaz