UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VI turunun birinci oyun günü başa çatıb.
King.Az Oxu.Az-a istinadən xəbər verir ki, günün ilk qarşılaşmalarında "Dinamo Zaqreb"-"Seltik" matçında hesab açılmayıb - 0:0. "Jirona" isə doğma meydanda "Liverpul"a minimal hesabla uduzub - 0:1
Günün digər matçlarında "Bayer Leverkuzen" Almaniyada "İnter"lə üz-üzə gəlib. Oyun ev sahiblərinin son dəqiqələrdə vurduğu bir qolla yekunlaşıb - 1:0.
"Bavariya" "Şaxtyor Donetsk"in qonağı olub. Matçda hesabı Ukrayna klubu açsa da, almanlar ardıcıl 5 qolla geridönüş etməyi bacarıblar - 1:5.
Madrid "Real"ı səfərdə "Atalanta" ilə görüşüb. Kral klubu gərgin keçən matçda 2:3 hesablı qələbəni təmin edib.
"Zalsburq" PSJ-ni qəbul edib. Fransızlar meydan sahiblərinin qapısından 3 cavabsız top keçirərək qalib gəliblər - 0:3.
Həmçinin, "Brest" PSV-dən (1:0), "Brügge" "Sportinq"dən (2:1) üstün olub. "Leypziq" isə doğma azarkeşləri önündə "Aston Villa"ya uduzub - 2:3.