0
Çərşənbə axşamı
Dek 17

KİV: "Sevilya" "Qarabağ"ın futbolçusu ilə maraqlanır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniyanın "Sevilya" klubu "Qarabağ"da çıxış edən Olavio Juninyo ilə maraqlanır.

King.Az "Report"a istinadn xəbər verir ki, bu barədə "Zona Mixta" məlumat yayıb.

Komandanın baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib.

Ağdam təmsilçisinin bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro tələb edəcəyi vurğulanıb.

Qeyd edək ki, Olavio Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.
Şərhlər (0)

Şərh yaz