0
Cümə axşamı
Dek 19

Karlo Ançelotti rekorda imza atıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti daha bir uğura imza atıb.

King.Az xəbər verir ki, o, "Kral klubu"nun tarixinə düşüb.

İtaliyalı mütəxəssis növbəti dəfə FIFA Qitələrarası kubokunun qalibi olub. Bununla da, o, Madrid təmsilçisinin sükanı arxasında 15-ci tituluna sahib çıxıb.

Aktivinə növbəti kubokunu yazdıran çalışdırıcı Migel Munyosu geridə qoyub. Ançelotti "Real Madrid"dəki karyerası ərzində 3 Çempionlar Liqası, 3 UEFA Superkuboku, 2 La Liqa, 2 Kral kuboku, 2 İspaniya Superkuboku, 2 Klublararası dünya kuboku və 1 FIFA Qitələrarası kuboka yiyələnib.

Qeyd edək ki, "Real Madrid" Qitələrarası Kubokun final matçında "Paşuka" klubunu 3:0 hesabı ilə məğlub edib.
Şərhlər (0)

Şərh yaz