0
Cümə
Dek 20

UEFA Konfrans Liqası: Pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bu gün İsveçin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

King.Az xəbər verir ki, gecəyarısı keçirilən görüşlərdən sonra 1/8 finala yüksələn və pley-off mərhələsində mübarizə aparacaq komandalar bəlli olub.

İlk 8 pilləni tutan klublar 1/8 finala, 9-24-cü pillələrdə qərarlaşan klublar isə 1/16 finala yüksəliblər. Qalan klublar isə mübarizəni dayandırıblar.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da UEFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.
Şərhlər (0)

Şərh yaz