0
Bazar
Dek 22

La Liqa: "Barselona" - "Atletiko" matçının taleyi son saniyələrdə həll olundu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniya La Liqasında 19-cu turun mərkəzi oyunu baş tutub.

King.Az xəbər verir ki, "Barselona" öz meydanında Madird "Atletiko"sunu qəbul edib.

Meydan sahibləri 30-cu dəqiqədə Pedrinin qolu ilə önə keçsələr də, Simeonenin yetirmələri oyunda geridönüş etməyi bacarıblar. 60-cı dəqiqədə De Paulun dəqiq zərbəsi qonaqlara hesabı bərabərləşdirməyə imkan verib. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə (90+6) isə Serlot fərqlənərək Madrid klubuna vacib 3 xalı qazandırıb - 1:2.

Hazırda "Barsa" 19 oyundan sonra 38 xalla yarış cədvəlində ikinci pillədədir. Ondan bir oyun az keçirən "Atletiko" isə 41 xalla çempionatda liderliyə yüksəlib.
Şərhlər (0)

Şərh yaz