0
Çərşənbə axşamı
Dek 24

"Trabzonspor" heyətdə köklü dəyişiklik edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bu mövsüm istədiyi nəticələri qazana bilməyən Türkiyənin "Trabzonspor" klubu heyətlə bağlı bəzi dəyişikliklər edəcək.

King.Az "SporX"ə istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi 6 futbolçu ilə yollarını ayıracaq. Bunlar Stefano Densvil, Enis Bardi, Umut Bozok, Borna Barişiç, Hüseyin Türkmən və Serkan Asandır. Həmin oyunçular mövsümün ikinci yarısında komandada olmayacaqlar.

Superliqa klubu daha əvvəl xorvatiyalı futbolçu Mislav Orsiçlə vidalaşıb.

Qeyd edək ki, "Trabzonspor" qış fasiləsinə 19 xalla 13-cü sırada yollanıb.
Şərhlər (0)

Şərh yaz