0
Çərşənbə
Dek 25

"Hatayspor" bir mövsümdə üçüncü baş məşqçi ilə də yolları ayırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyənin "Hatayspor" komandası baş məşqçisi Rıza Çalımbay ilə yollarını ayırıb.

King.Az "SporX"-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Hatay təmsilçisi hazırda 9 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Hatayspor" klubu bu mövsüm artıq üçüncü baş məşqçi ilə yollarını ayırıb. Klubu 2022-ci ildən çalışdıran Volkan Demireli Özhan Pulat əvəz etsə də, daha sonra o da sentyabr ayının üçündə vəzifəsindən azad edilib. Daha sonra komandanın sükanı arxasına keçən Rıza Çalımbay isə "Hatayspor"u cəmi 15 oyunda meydana çıxarıb.
Şərhlər (0)

Şərh yaz