0
Çərşənbə
Yan 08

"Bornmut" klubunun futbolçusu ayağı sındığı üçün mövsümü başa vurub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Premyer Liqasının təmsilçisi "Bornmut"un futbolçusu Evanilsonun ayağı sındığı üçün mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

King.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat olunan Braziliya millisinin üzvü bərpa prosesinə başlayıb.

Onun ayağı Premyer Liqanın XX turunda keçirilən "Everton"la matçda sınıb.

Qeyd edək ki, 25 yaşlı hücumçu "Bornmut"a cari mövsümün əvvəlində 37 milyon avroya Portuqaliyanın "Portu" kollektivindən keçib. Bu, İngiltərə klubunun tarixində ən bahalı transfer olub.
Şərhlər (0)

Şərh yaz