0
Çərşənbə
Yan 08

"Roma" Paulo Dibala ilə bağlı yekun qərarını açıqladı: Müqavilə uzadılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Roma" hücumçusu Paulo Dibala ilə müqaviləsini uzatmaq qərarına gəlib.

King.Az xəbər verir ki, tərəflər yaxın bir neçə həftə ərzində müqavilənin müddətini uzadacaqlar.

31 yaşlı hücumçu bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib.

Qeyd edək ki, Dibalanın "Roma" klubu ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir və onun transfer qiyməti 8 milyon avro olaraq qiymətləndirilir.
Şərhlər (0)

Şərh yaz