0
Cümə
Yan 10

Türkiyə Kuboku: "Fənərbağça" turnirə qələbə ilə başladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyə Kubokunda qrup mərhələsinin ilk turu başa çatıb.

King.Az xəbər verir ki, B qrupunda çıxış edən "Fənərbağça" "Kasımpaşa"nın qonağı olub.

Meydan sahibləri titullu rəqibə qarşı heç nə ilə yadda qalmayıb, əvəzində qapılarından üç cavabsız top buraxaraq məğlub olublar - 0:3. Maraqlıdır ki, "sari-lacivərdlər" hər üç topu ilk hissədə vuraraq matçın taleyini həll ediblər.

Qeyd edək ki, "Fənər"lə yanaşı B qrupunda "Qaziantep", "Göztepe", "Erzurum" və "İstanbulspor" yer alır.
Şərhlər (0)

Şərh yaz