0
Bazar ertəsi
Yan 13

Neymarı əvəz edəcək futbolçu tapıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Səudiyyə Ərəbistanının bir neçə klubu "Liverpul"un 25 yaşlı mərkəz hücumçusu Darvin Nunyeslə maraqlanır.

King.Az xəbər verir ki, bu barədə "Anfield Watch" məlumat yayıb.

Məlumata görə, maraqlanan klublardan biri də "Əl-Hilal"dır. Səudiyyə Ərəbistanı klubu uruqvaylı futbolçunu 32 yaşlı Neymarın əvəzedicisi kimi nəzərdən keçirir.

Qeyd edək ki, Nunyes bu mövsüm bütün turnirlərdə 26 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.
Şərhlər (0)

Şərh yaz