0
Bazar ertəsi
Yan 13

Azərbaycan - Yunanıstan görüşünün hakim təyinatları bəlli oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Futzal üzrə Azərbaycan millisinin Bakıda Yunanıstana qarşı keçirəcəyi AVRO-2026-nın əsas mərhələsinin oyunu üçün təyinatlar bəlli olub.

King.Az "Report"a istinadən xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.

Qeyd edək ki, Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.
Şərhlər (0)

Şərh yaz