0
Çərşənbə
Yan 15

Novak Cokoviç tarixi rekorda imza atıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Serbiyalı tennisçi Novak Cokoviç tarixi rekorda imza atıb.

King.Az xəbər verir ki, o, "Böyük Dəbilqə" turnirlərində ən çox oyun keçirən raketka ustası olub.

Dünyanın 7 nömrəsi Avstraliya Açıq Çempionatının 2-ci turunda portuqaliyalı Xayme Fariyaya (6:1, 6:7 (4:7), 6:3, 6:2) qalib gəlib. Bu onun belə turnirlərdə 430-cu matçı olub. Cokoviç bu göstəricidə Rocer Federeri (429) üstələyib.

O, cinsindən asılı olmayaraq, "Böyük Dəbilqə" yarışlarında ən çox çıxış edən tennisçidir. İlk 5-likdə Serena Uillyams (423), Rafael Nadal (358) və Venus Uillyams (356) da yer alıblar.
Şərhlər (0)

Şərh yaz