0
Şənbə
Yan 18

İngiltərənin məşhur futbolçusu vəfat etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi şotlandiyalı Denis Lou 85 yaşında vəfat edib.

King.Az xəbər verir ki, bu barədə "Mançester Yunayted"in mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 1964-cü ildə Lou, Fransanın "France Football" jurnalına görə ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatını qazanıb. Həmin vaxt bu mükafat yalnız Avropa klublarında oynayan avropalı oyunçulara verilirdi.

Lou 1962-1973-cü illərdə "Mançester Yunayted"də çıxış edib.
Şərhlər (0)

Şərh yaz