0
Cümə axşamı
Yan 23

Muslera "Qalatasaray" forması ilə oyunlara çıxmaqdan imtina edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Fernando Muslera "Qalatasaray" rəsmiləri ilə görüşdə bundan sonrakı oyunlara çıxmaq istəmədiyini deyib.

King.Az "SporX"ə istinadən xəbər verir ki, "Dinamo Kiyev"lə görüşdən sonra azarkeşlərin tənqidinə məruz qalan Muslera "Qalatasaray"dakı karyerasını bitirmək istədiyini və növbəti oyunlarda meydana çıxmayacağını bildirib.

"Çox pis oldum, amma məğlubiyyətin səbəbkarı mənəmsə, getməyə razıyam. 14 ildir bu komandanın uğurları üçün əlimdən gələn hər şeyi etmişəm, 2-3 oyunda bu qədər əziyyət itirilirsə, bundan sonra yoxam".

Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının VII turunda doğma meydanda "Dinamo Kiyev" klubu ilə 3:3 hesablı heç-heçə edib.
Şərhlər (0)

Şərh yaz