0
Cümə axşamı
Fev 06

"Qalatasaray" müdafiə xətti üçün Belçikadan futbolçu gətirir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyənin "Qalatasaray" futbol klubu müdafiə xəttini Belçikanın "Genk" klubunun formasını geyinən Karlos Kuesta ilə gücləndirmək qərarına gəlib.

King.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub.

Futbolçu "Qalatasaray"la 3.5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "sarı-qırmızılar" Karlos Kuestanın keçidi üçün 5 milyon avrosundan keçəcək.
Şərhlər (0)

Şərh yaz