0
Cümə axşamı
Fev 13

"Qalatasaray" - "Fənərbağça" görüşünü əcnəbi hakim idarə edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyə Superliqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi əcnəbi olacaq.

King.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, qərarın qarşıdakı günlərdə açıqlanacağı bildirilib.

Hakimlər Komitəsinin Türkiyə Futbol Federasiyasının dəstəyi ilə bu qarşılaşma üçün əcnəbi hakimlərə müsbət yanaşdığı yazılıb.

Qeyd edək ki, fevralın 24-də başa tutacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Şərhlər (0)

Şərh yaz