0
Cümə
Mar 07

Joze Mourinyo mətbuat konfransı zamanı sualı uzadan jurnalisti ələ saldı – Xoruldadı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Fənərbağça" UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində öz meydanında "Reyncers"ə 1:3 hesabı ilə məğlub olub.

King.Az xəbər verir ki, "sarı-lacivərdlilər"nin baş məşqçisi Joze Mourinyo matçdan sonra mətbuat konfransı keçirilib.

Konfrans zamanı portuqaliyalı mütəxəssis jurnalistlərdən birinin ünvanladığı sualın həddən artıq uzun olmasına maraqlı reaksiya verib. Sual əsnasında mimika və jestlərlə jurnalistə narazı olduğunu göstərən Mou, yuxusu gəldiyinə vurğu etmək üçün xoruldamağa başlayıb.
Şərhlər (0)

Şərh yaz