1
Cümə
Mar 07

"Yatın, sonra da qələbə gözləyin" - Mourinyo "Fənərbağça" azarkeşlərindən gileyləndi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Reyncers"ə 1:3 hesabı ilə uduzan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo azarkeşləri tənqid edib.

King.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyun sonrası mətbuat konfransı zamanı azarkeşlər haqqında sərt açıqlama verib.

"Azarkeşlərimiz də komanda kimi idi, yaxşı performans göstərə bilmədilər. Azarkeşlər sakit qaldığı zaman futbolçular da oynamaq istəmirlər. Siz yatın, sonra da qələbə gözləyin".

Qeyd edək ki, cavab görüşü Şotlandiyada mart ayının 14-də keçiriləcək.
Şərhlər (0)

Şərh yaz