0
Şənbə
Mar 08

"Zirə"dən yeni transfer

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Zirə" yeni futbolçu ilə anlaşıb.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi Rikardo Martins Gimaraynş "Gima"nı heyətinə qatıb. Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Şaveş", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib.

Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.
Şərhlər (0)

Şərh yaz