0
Çərşənbə
Mar 12

Azərbaycanlı döyüşçü Rafael Fiziyev fərqli çəki dərəcəsində mübarizə aparmaq istəyir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev "UFC-313" turnirinin növbəti döyüşündə Castin Qeyciyə məğlub olduqdan sonra çəkisini azaltmaq qərarına gəlib.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, Castin Qeyciyə ikinci dəfə məğlub olmaq Rafael Fiziyevi belə bir addım atmağa məcbur edib.

Təcrübəli döyüşçü bundan sonra karyerasını aşağı çəki üzrə döyüşçülər arasında davam etdirmək istəyir.

Qeyd edək ki, 32 yaşlı döyüşçü hazırda yüngül çəki dərəcəsində döyüşür.
Şərhlər (0)

Şərh yaz