0
Bazar
Mar 16

Holand Premyer Liqa tarixinin rekorduna imza atdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərə Premyer Liqasının (İPL) 29-cu turunda "Brayton"la matçın 11-ci dəqiqəsində "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand penalti ilə hesabı açıb və turnirdə 100-cü qolu vuraraq, unikal rekorda imza atıb.

King.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.

Qeyd olunur ki, hücumçu İPL tarixində 100-dən az oyunda 100 qol vurmağı bacaran ilk futbolçu olub. Buna nail olmaq üçün Erlinq Holand cəmi 94 oyun keçirib.
Şərhlər (0)

Şərh yaz